Norveçin səhiyyə mütəxəssisləri koronavirusdan daha yaxşı qorunmaq üçün eyni zamanda iki maska taxmağı tövsiyə ediblər.
Bizim.Media “RİA Novisti”yə istinadla xəbər verir ki, onlar bu üsülü daha effektli adlandırırlar.
MÖVZU İLƏ BAĞLI:
Maskalardan bu cür istifadə daha təhlükəlidir – Terapevt
"Araşdırmalar göstərir ki, bir-birinin üstünə taxılan iki maska təhlükəsizliyi daha yaxşı təmin edə bilər. Norveç səhiyyə orqanları bu tövsiyəni tətbiq etməyi düşünürlər"- deyə bildirilib.
Qeyd edək ki, daha əvvəl amerikalı infeksionist Entoni Fauçinin maskaları bir-birinin üstünə taxaraq çəkdirdiyi fotolar mediada rezonanas doğurub.
Mütəxəssisə görə, bu təhlükəsizlik baxımından ağlabatan ola bilər.
Bizim.Media