Kiyevdəki helikopter qəzasında 14 nəfər öldü, aralarında uşaq da var

Kiyevdəki helikopter qəzasında 14 nəfər öldü, aralarında uşaq da var

Hazırda oxunan: Kiyevdəki helikopter qəzasında 14 nəfər öldü, aralarında uşaq da var

115470

Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasının baş verdiyi ərazidə xilasetmə işləri başa çatıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.  

Bildirilib ki, qəzada 14 nəfər həlak olub, ölənlərdən biri uşaqdır. Həmçinin, 11-i uşaq olmaqla, 25 nəfər yaralanıb.  

Qeyd edək ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib. 
Həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO