Zelenskidən helikopter qəzası ilə bağlı AÇIQLAMA -

Zelenskidən helikopter qəzası ilə bağlı AÇIQLAMA - "Səbəblər araşdırılacaq"

Hazırda oxunan: Zelenskidən helikopter qəzası ilə bağlı AÇIQLAMA - "Səbəblər araşdırılacaq"

115406

“Bu gün Kiyev vilayətinin Brovarı rayonunda dəhşətli faciə baş verib”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 18-də ölkəsinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı açıqlamasında bildirib.

O, faciə qurbanlarının sayının dəqiqləşdirildiyini vurğulayıb.

Dövlət başçısı hadisə ilə bağlı Ukrayna Təhlükəsizlik Xidməti, Milli Polis və başqa səlahiyyətli orqanlara hadisənin araşdırlması ilə bağlı göstəriş verdiyinin bildirib.

Ukrayna Prezidenti faciə qurbanlarının xatirəsini əziz tutaraq yaxınlarına başsağlığı verib. O, qurbanları Ukraynanın əsl vətənpərvələri adlandırıb.

Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya uğrayıb. Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Göyərtəsində 9 nəfərin olduğu helikopterin uşaq bağçası və yaşayış binasının üzərinə düşməsi nəticəsində ümumilikdə 19 nəfər ölüb, 29 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO