Britaniyanın dövlət naziri Azərbaycanda gördüklərindən yazdı - FOTO

Britaniyanın dövlət naziri Azərbaycanda gördüklərindən yazdı - FOTO

Hazırda oxunan: Britaniyanın dövlət naziri Azərbaycanda gördüklərindən yazdı - FOTO

11527

Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morto Azərbaycandakı səfəri sonucunda maraqlı post paylaşıb.  

Bizim.Media-nın verdiyi məlumata əsasən, V.Morton Azərbaycandakı səfəri ilə bağlı təəssüratlarını öz "Twitter" hesabında bölüşüb.

 

MÖVZU İLƏ BAĞLI:

Britaniyanın dövlət naziri Bakıdadır - YENİLƏNİB


“Bakıda qadın hüquqlarını təşviq etmək və qadınların perspektivlərinin hər səviyyədə dinlənilməsini təmin etmək üçün nazirlər, millət vəkilləri və fəallarla birlikdə oldum".

"Məişət zorakılığından xilas olanlarla görüşmək və hekayələrini eşitmək mənə xoş oldu. Cins əsaslı zorakılıq yer kürəsinin əsas problemidir".

"Azərbaycan qadınları Böyük Britaniyadan 9 il öncə ümumi seçki hüququ əldə etmişlər, lakin bərabərliyə nail olmaq üçün hələ çox işlər görülməlidir. Azərbaycanın məişət zorakılığına qarşı mübarizə üçün milli fəaliyyət planının olması çox əladır. Mən Azərbaycanı qısa müddət ərzində “İstanbul Covention”-u imzalamağa çağırıram". 
 

"İnsan hüquqlarına hörmət və azad mətbuat çiçəklənən cəmiyyətin və demokratiyanın əsasını təşkil edir. Azərbaycanda insan hüquqlarını müdafiə edən və media azadlığını müdafiə edən ruhlandırıcı liderlərlə görüşmək mənim üçün xoş oldu. Mən onların işinin Böyük Britaniyaya qəti dəstəyindən bir daha da əmin oldum”. 


Dövlət naziri bildirib ki, “Prezident İlham Əliyevlə görüşməkdən çox məmnun qaldım. Bu gün yaxın əlaqələrimizi və Qafqaz bölgəsində sülh və sabitlik üçün ortaq öhdəliyimizi təsdiqləyirik. Ölkələrimiz çoxdankı enerji tərəfdaşlarıdır və Azərbaycanın bərpa olunan enerjiyə keçidini dəstəkləməyə hazırıq.

Bu gün Böyük Britaniya və Azərbaycan iqlim dəyişikliyi sahəsində daha dərin əməkdaşlığa dair razılığa gəliblər. Böyük Britaniya gələcəkdə sıfıra endirilən karbon qazı ilə bağlı ambisiyalı hədəflərə nail olmaqda Azərbaycanı dəstəkləməyə hazırdır”. 

Son olaraq onu da qeyd edib ki, “Azərbaycan zəngin bir irsə malikdir. Mən rəssamların gələcək nəsillərini dəstəkləyən və Azərbaycanın qədim mədəniyyətini qoruyub saxlayan Uels şahzadəsinin ənənəvi İncəsənət Məktəbində çox gözəl vaxt keçirdim. Mənim diqqətimə daha çox 2 məqam çəkdi.

Onlardan biri London taksisi digəri isə İngiltərənin tanınmış memarı Zaha Hadid tərəfindən hazırlanan Heydər Əliyev Mərkəzi oldu”.

Gül Qədirli, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO