ABŞ-da İXTİRA: Süni zəka sisteminin iştirakı ilə məhkəmə prosesi keçiriləcək

ABŞ-da İXTİRA: Süni zəka sisteminin iştirakı ilə məhkəmə prosesi keçiriləcək

Hazırda oxunan: ABŞ-da İXTİRA: Süni zəka sisteminin iştirakı ilə məhkəmə prosesi keçiriləcək

115115

Gələn ay ABŞ məhkəmələrindən birində keçiriləcək məhkəmə dinlənilməsi çərçivəsində günahlandırılan şəxs yol hərəkəti qaydalarının pozulması səbəbilə təyin edilmiş cərimənin ləğv edilməsinə cəhd göstərəcək. Bu məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, bu yolda ona süni zəka sistemi kömək edəcək.  

Bizim.Media xəbər verir ki, bu layihə barəsində məlumatı “DoNotPay” adlı şirkətin rəhbəri Coşua Brouder təqdim edib.  

Onun sözlərinə görə, söhbət, süni zəka alqoritmləri vasitəsilə çalışan mobil tətbiqdən gedir. Bu mobil tətbiq məhkəmə tərəfindən irəli sürülən arqumentləri dinləyir və günahlandırılan şəxsə real zaman ərzində qulaqlıq vasitəsilə nəyin demək lazım olduğunu söyləyir. 

Günahkar bilinən şəxsin adı məlumatlarda qeyd edilməyib. Lakin DoNotPay bildirib ki, əgər onlar məhkəməni uduzsalar, şirkət həmin şəxsin cəriməsini tam şəkildə ödəyəcək. ABŞ-ın bəzi məhkəmələrində dindirilən şəxslərin naqilsiz qulaqlıqlardan istifadə etməsinə icazə verilir və bu tamamilə qanunidir. 
Qeyd edək ki, “DoNotPay” şirkəti süni zəka sisteminin iştirakı ilə hüquqi işlərdə çalışmaq məsələsində artıq təcrübəyə sahibdir. DoNotPay artıq bəzi vençur şirkətlərdən ümumilikdə 27.7 milyon dollar investisiya da əldə edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO