Yakutiyada termometrlər -50-ni göstərir – Əhali isə… 

Yakutiyada termometrlər -50-ni göstərir – Əhali isə… 

Hazırda oxunan: Yakutiyada termometrlər -50-ni göstərir – Əhali isə… 

115107

Dünyanın ən soyuq yeri olan, Sibir bölgəsindəki Yakutiya Muxtar Respublikasında termometrlər 50 dərəcə şaxta göstərib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, havanın temperaturunun 50 dərəcəyə enməsinə baxmayaraq, şəhərdə həyat davam edir. 

Belə ki, şaxtalı havaya alışan əhali bu vəziyyətdən şikayətlənmir. Sakinlərin fikrincə, yeganə çıxış yolu isti geyinməkdir.  

Soyuq iqliminə görə kənd təsərrüfatının qeyri-mümkün olduğu şəhərdə tərəvəz və meyvələr kənardan alınır. 

Qeyd edilib ki, Yakutiyada havanın temperaturu 52 dərəcə şaxtaya enməyincə məktəblər və dövlət müəssisələri bağlanmır. Bölgədə indiyə qədər qeydə alınan ən aşağı temperatur 64 dərəcə şaxtadır. Yayda müşahidə edilən ən yüksək temperatur 36 dərəcə olaraq qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO