İran və Çin Tehran hava limanının ikinci fazasını inşa edəcək

İran və Çin Tehran hava limanının ikinci fazasını inşa edəcək

Hazırda oxunan: İran və Çin Tehran hava limanının ikinci fazasını inşa edəcək

115069

İran və Çin Tehran hava limanının ikinci fazasının inşası ilə bağlı danışıqlar aparır.

Bizim.Media “iranpress.com” saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı Tehranın cənub-qərbində yerləşən İmam Xomeyni adına Hava Limanının baş direktoru Səid Çələndəri yayıb.

Onun sözlərinə görə, bu aeroportda 410 min metrlik yeni terminalın tikintisi üçün 3 milyard avroluq müqavilə üçün Çin podratçısı ilə danışıqlar aparılıb.
Çələndəri qeyd edib ki, adıçəkilən hava limanı iranlı və xarici səyahətçilərin qarşılanması və yola salınması üçün çox əlverişli imkanlara malikdir:

“Son iki aydır ki, Çin şirkəti ilə danışıqlar davam etdirilib və qərara alınıb ki, Yollar Nazirliyi 3 milyard avroya qədər ödəniş etsin və Çin podratçıları layihəni həyata keçirsin”.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO