81 qadını öldürən rusiyalı manyak Ukraynada döyüşmək istəyir

81 qadını öldürən rusiyalı manyak Ukraynada döyüşmək istəyir

Hazırda oxunan: 81 qadını öldürən rusiyalı manyak Ukraynada döyüşmək istəyir

114871

81 nəfərin qətlində təqsirli bilinən, daha çox “Anqar manyakı” kimi tanınan Mixail Popkov “xüsusi əməliyyat zonasına”, Ukraynaya getmək istədiyini bildirib.

Bizim.Media xəbər verir ki, Popkov rusiyalı jurnalistlərlə söhbətində deyib ki, onun hazırkı hərbi qeydiyyat ixtisası döyüş əməliyyatları zamanı tələb oluna bilər.

“Mənim bir arzum var, müharibəyə getmək. Amma heç kim mənə bunu təklif edə bilməz. Hərbi qeydiyyat ixtisasıma baxsanız, məncə, indi buna kifayət qədər tələbat var.

Baxmayaraq ki, indi hər şey artıq daha müasirdir, radioelektronika və s. Amma ən azı 10 ildir həbsdəyəm, düşünürəm ki, bunu tez öyrənmək o qədər də çətin olmayacaq. Heç düşünmədən razılaşardım”, – manyak deyib.

“Anqar manyakı” 1992-2010-cu illərdə İrkutsk vilayətində cinayətlər törədib. O, 2012-ci ildə Vladivostokda saxlanılıb. Onun 81 qətldə və üç qadının həyatına qəsddə iştirakı sübuta yetirilib.
Popkov ilk dəfə 2015-ci ildə, ikinci dəfə 2018-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO