London Tehrandakı səfirini GERİ ÇAĞIRDI - FOTO 

London Tehrandakı səfirini GERİ ÇAĞIRDI - FOTO 

Hazırda oxunan: London Tehrandakı səfirini GERİ ÇAĞIRDI - FOTO 

114811

Böyük Britaniya Xarici İşlər Nazirliyi ikili vətəndaşlığı (İran və Britaniya) olan Əlirza Əkbərinin İran hakimiyyəti tərəfindən edam edilməsi ilə əlaqədar Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Britaniya diplomatiyasının rəhbəri Ceyms Kleverli [zwnwn “Twitter” hesabında məlumat verib.

Kleverli qeyd edib ki, London Tehrana doğru digər addımları da nəzərdən keçirir:

"Biz İran rejimini cavab verməyə çağırırıq. Böyük Britaniya bu gün İranın baş prokuroru Məhəmməd Cəfər Montazeriyə qarşı sanksiyalar tətbiq edib, İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkilini çağırıb və Britaniya səfirini məsləhətləşmələr üçün müvəqqəti olaraq geri çağırıb.
İranın hərəkətlərinə cavabımız bu gün edilənlərlə məhdudlaşmayacaq. Biz növbəti addımları nəzərdən keçiririk”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO