Ukraynalı təmsilçi “Kainat gözəli” yarışmasında rus iştirakçının yanında durmaqdan imtina edib - VİDEO

Ukraynalı təmsilçi “Kainat gözəli” yarışmasında rus iştirakçının yanında durmaqdan imtina edib - VİDEO

Hazırda oxunan: Ukraynalı təmsilçi “Kainat gözəli” yarışmasında rus iştirakçının yanında durmaqdan imtina edib - VİDEO

114735

“Miss Universe” gözəllik müsabiqəsinin ukraynalı iştirakçısı Viktoriya Apanasenko “Miss Rusiya – 2022” titulunun sahibi Anna Linnikovanın yanında durmaqdan imtina edib.

Bizim.Media xəbər verir ki, Anna Orlandoda keçirilən müsabiqə zamanı qrup şəkli üçün Viktoriyanın yanında dayanmağa çalışıb. Lakin ukraynalı təmsilçi Linnikovaya yol verməmək üçün onun yanında dayanan iştirakçını tutub. Sonra o, Kolumbiya təmsilçisi ilə yerini dəyişib.

Həmin anların görüntüləri sosial media istifadəçiləri tərəfindən müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, bundan əvvəl “Miss Ukrayna Kainat” gözəllik müsabiqəsinin təşkilatçıları və “Miss Ukrayna Kainat – 2021” titulunun sahibi Anna Neplyax Rusiya təmsilçisinin “Miss Universe” beynəlxalq müsabiqəsində iştirakına qarşı çıxıblar.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO