Gürcüstan və Rusiya sərhədində qar səbəbindən 150-dən çox maşın toplanıb

Gürcüstan və Rusiya sərhədində qar səbəbindən 150-dən çox maşın toplanıb

Hazırda oxunan: Gürcüstan və Rusiya sərhədində qar səbəbindən 150-dən çox maşın toplanıb

114534
 Gürcüstandan Rusiya istiqamətində gedən yük avtomobili sürücüləri artıq neçə gündür ki, iki ölkə sərhədində qalıblar. Onlar qidasız və yanacaqsız Lars gömrük-buraxılış məntəqəsinin açılmasını gözləyirlər.
"Report" xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, kanalın çəkiliş qrupu hava şəraitinin pis olması səbəbindən göstərilən yerə gedə bilməyib. Yerli hakimiyyət orqanları hələ ki, bu məlumatı təsdiq etməyiblər.
İlkin məlumatlara görə, 150-dən çox avtomobil -17 dərəcə şaxtada saatlarla yolların qardan təmizlənməsini gözləyiblər.
Gürcüstanın bölgələrinə artıq dördüncü gündür ki, bol qar yağır və bu da ilk növbədə avtomobil yollarında nəqliyyatın hərəkətində çoxsaylı problemlər yaradıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO