Dünya fəlakətdən QURTULUR: Ozon dəliyi bağlanır - FOTO 

Dünya fəlakətdən QURTULUR: Ozon dəliyi bağlanır - FOTO 

Hazırda oxunan: Dünya fəlakətdən QURTULUR: Ozon dəliyi bağlanır - FOTO 

114288

Ozon dəliyi bağlanır və 20-40 ildən sonra əvvəlki vəziyyətinə qayıdacaq. 

Bizim.Media “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin himayəsi altında hazırlanan hesabatda bildirilib. 

Hesabata görə, ozon təbəqəsi bərpa olunur və 20-40 ildən sonra əvvəlki vəziyyətinə qayıdacaq. 

Hesabat Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühitin Mühafizəsi Proqramının liderliyi ilə dörd ildən bir dərc edilir və Monreal Protokolu ilə bağlı yeniliklər nəzərdən keçirilir. Hesabatda bildirilib ki, atılan addımlar insanların ozon təbəqəsinə vurduqları zərərin qarşısını ala bilər. 

Ümumdünya Meteorologiya Təşkilatı, Milli Okean və Atmosfer İdarəsi, Milli Aeronavtika və Kosmos İdarəsi və Avropa Komissiyası tərəfindən dərc olunan və 30 ölkədən 230-a yaxın elm adamının iştirak etdiyi hesabatın nəticələrinə görə, ozon təbəqəsi 1980-ci ildəki göstəricilərinə 2040-cı ildə geri dönəcək. Eyni halın 2045-ci ildə Şimal qütbündə, 2066-cı ildə isə Antarktidada baş verəcəyi qeyd edilir.

Proqnozlara görə, ozon təbəqəsindəki dəliyin kiçilməsi sayəsində dünyada qlobal istiləşmənin qarşısının 0,5-1 dərəcəyədək nisbətdə alınması mümkün olacaq. 

Qeyd edək ki, ilk dəfə 1985-ci ildə Antarktida üzərində ozon təbəqəsində əmələ gələn dəliyin aşkarlanmasından sonra 1987-ci ildə BMT-nin himayəsi ilə Monreal Protokolu imzalanıb.
Protokolda ozon təbəqəsinin zədələnməsinə səbəb olan bir çox maddənin istehsalının mərhələli şəkildə dayandırılması, ozon təbəqəsinin mühafizəsinin təmin olunması qarşıya məqsəd qoyulub. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO