ABŞ-dan Azərbaycanın neft hasilatı üzrə PROQNOZ

ABŞ-dan Azərbaycanın neft hasilatı üzrə PROQNOZ

Hazırda oxunan: ABŞ-dan Azərbaycanın neft hasilatı üzrə PROQNOZ

114121

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2024-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Bizim.Media EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 660 min barel təşkil edəcəyi ehtimal edilir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 650 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (dekabr ayında verilib – red.) göstəricisi ilə müqayisədə 10 min barel çoxdur.
Hesabatda qeyd olunur ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO