Lavrovun müavini: “KTMT-nin Qarabağ münaqişəsinə müdaxiləsinə heç bir əsası yoxdur”

Lavrovun müavini: “KTMT-nin Qarabağ münaqişəsinə müdaxiləsinə heç bir əsası yoxdur”

Hazırda oxunan: Lavrovun müavini: “KTMT-nin Qarabağ münaqişəsinə müdaxiləsinə heç bir əsası yoxdur”

1140

“Hələ ki, münaqişə Dağlıq Qarabağ ərazisində gedir və Ermənistan ərazisinə keçməyib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsindən danışmaq düzgün deyil”.

Bizim.Media ria.ru saytına istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.

“Ermənistandan rəsmi sorğu gəlməyib. KTMT üzv dövlətlərə müəyyən vəziyyətlərdə, nə vaxt ki, açıq-aydın təcavüz olanda kömək edir. Hələlik söhbət Dağlıq Qarabağdan gedir, hansı ki, həmin ermənilər tərəfindən ora öz əraziləri kimi tanınmayıb və yəqin ki, tanına da bilməz. KTMT-nin müdafiə potensialının müdaxiləsindən danışmaq düzgün deyil”, - deyə rusiyalı nazir müavini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO