Bayden Trampla Putinin telefon danışıqlarını ələ keçirdi

Bayden Trampla Putinin telefon danışıqlarını ələ keçirdi

Hazırda oxunan: Bayden Trampla Putinin telefon danışıqlarını ələ keçirdi

11387

ABŞ Prezidenti Co Bayden sabiq prezident Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında baş tutmuş telefon danışıqlarının səs yazısına giriş əldə edib.

Bizim.Media “Politico”ya istinadən xəbər verir ki, Trampla Putin arasında bir neçə telefon danışığı baş tutub, lakin  məzmunu açıqlanmayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Donald Trampın kəşfiyyat hesabatlarına çıxış imkanı məhdudlaşdırıldı


Tramp administrasiyasının sabiq əməkdaşı bildirib ki, Bayden bütün zəngin materiallarına sahibdir.

Baydenə yaxın olan keçmiş milli təhlükəsizlik rəsmisinin sözlərinə görə isə, Trampın rəhbərlik etdiyi dörd il ərzində Putinlə nə danışdığını öyrənmək milli təhlükəsizlik prioritetidir.

“Heç bir amerikalı tərcüməçi və qeyd alanın iştirak etmədiyi bəzi üz-üzə görüşlərdə baş verənlər tam öyrənilməyə bilər. Ancaq yeni milli təhlükəsizlik komandası bu materiallara giriş əldə etməyə çalışmasaydı, çox təəccüblənərdim”,- deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO