Ukraynada nə qədər ərazi minalanıb? - RƏSMİ

Ukraynada nə qədər ərazi minalanıb? - RƏSMİ

Hazırda oxunan: Ukraynada nə qədər ərazi minalanıb? - RƏSMİ

113692

Ukraynada 250 min kvadrat kilometr ərazi minalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Cənubi Koreyanın “Yonhap” agentliyinə müsahibəsində deyib.

“İndi bu, dünyanın ən böyük mina sahəsidir. Bu, nəinki insanların hərəkətinə əngəl olur, həm də əsas sənayemizdən olan kənd təsərrüfatında ciddi pozuntulara səbəb olur”, - Şmıqal vurğulayıb.

Baş nazir əlavə edib ki, o ərazilərin təmizlənməsində Cənubi Koreyanın köməyinə ümid edir.

Hökumət başçısının sözlərinə görə, 250 min kvadrat kilometr bütün Koreya yarımadası, Rumıniya və ya Böyük Britaniyadan çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO