NATO ölkələrinin müdafiə nazirlərinin iştirakı ilə keçiriləcək “Ramşteyn” formatında təmas qrupunun (Ukrayna üzrə qrup) iclası yanvarın 20-də baş tutacaq.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, bu məlumatı Almaniya Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti təsdiqləyib.
Görüş zamanı Ukraynaya gələcək hərbi yardımın əlaqələndirilməsi, xüsusən də ölkəyə piyadaların döyüş maşınları və “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü məsələsi müzakirə ediləcək.
Görüşə hazırlıq çərçivəsində Almaniyanın müdafiə naziri Kristin Lambrext artıq ABŞ-dan olan həmkarı Lloyd Ostinlə bu məsələni müzakirə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:23 / 08.01.2023
NATO ölkələrinin müdafiə nazirləri Ukrayna üçün TOPLANACAQLAR
Hazırda oxunan: NATO ölkələrinin müdafiə nazirləri Ukrayna üçün TOPLANACAQLAR
Hazırda oxunan: NATO ölkələrinin müdafiə nazirləri Ukrayna üçün TOPLANACAQLAR
113594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.