Avropa Parlamentindən İrandakı edam cəzasına REAKSİYA: “TERRORÇULAR” 

Avropa Parlamentindən İrandakı edam cəzasına REAKSİYA: “TERRORÇULAR” 

Hazırda oxunan: Avropa Parlamentindən İrandakı edam cəzasına REAKSİYA: “TERRORÇULAR” 

113560

Avropa Parlamentinin (AP) deputatı Hana Neumann Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin İran rejimi tərəfindən edam edilməsini kəskin pisləyib. 

Bizim.Media xəbər verir ki, AP deputatı Hana Neumann rəsmi “Twitter” hesabında İran hökumətinin daha iki cinayətinə reaksiya verib:

"Sabahın xeyir, dünya! İran rejimi daha iki nümayişçini - Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseynini edam edib. Bu məsələ danışıqlar və qırmızı xalçalarla bitməyəcək. Biz onlara aydın bir siqnal göndərməliyik və onlarla özləri kimi davranmalıyıq: terrorçular”, - deyə Neumann qeyd edib.

Qeyd edək ki, bu gün İranda daha iki etirazçı - Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni barədə çıxarılan edam hökmü icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO