Ukraynanın Baş naziri ötən ilki maliyyə yardımlarının STATİSTİKASINI açıqladı 

Ukraynanın Baş naziri ötən ilki maliyyə yardımlarının STATİSTİKASINI açıqladı 

Hazırda oxunan: Ukraynanın Baş naziri ötən ilki maliyyə yardımlarının STATİSTİKASINI açıqladı 

113412

2022-ci ildə ABŞ Ukraynaya 410 milyard Ukrayna qrivnası məbləğində yardım edib.

Bizim.Media “Ukrinform“a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

"Ukraynaya ən böyük yardımı ABŞ edib, belə ki, ölkə müharbə başlayandan 410 milyard Ukrayna qrivnası (UAH) maddi yardım ayırıb.

Avropa İttifaqı ölkələri və onun qurumları Avropa İnvestisiya Bankı ilə birlikdə 390 milyard UAH ayırıb, 88 milyard UAH Beynəlxalq Valyuta Fondundan alınıb. Kanada 60 milyard, Böyük Britaniya 35 milyard, Dünya Bankı 34 milyard, Yaponiya 17 milyard Ukrayna qrivnası ayırıb. Bir çox başqa tərəfdaşlarımız da yardım ayırıb.

Bunun sayəsində biz pensiyaları, sosial müavinətləri, müəllimlərin və ya həkimlərin maaşlarını bir gün belə gecikdirmədik. Biz bütün bu xərcləri tam və vaxtında maliyyələşdirdik ", - deyə Şmıqal bildirib.
Nazir ötən il Ukraynaya maliyyə dəstəyi göstərən bütün ölkələrin hökumətlərinə və xalqlarına təşəkkür edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO