“Biz Türkiyənin bu barbarca müharibəni bitirmək üçün oynadığı konstruktiv rolu yüksək qiymətləndiririk. Biz Türkiyənin Ukraynanın ərazi bütövlüyünə qəti sadiqliyini və Ukrayna ilə Rusiya arasında dialoqu təşviq etmək səylərini yüksək qiymətləndiririk”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.
“Təbii ki, məhz Prezident Putin mənasız müharibəyə son qoymaq üçün Prezident Ərdoğan və dünyanın bir çox digər həmkarlarının çağırışlarına qulaq asmalıdır. Biz dəfələrlə demişik... əməllər sonda sözlərdən daha gur olacaq. Biz Rusiyanın etdiklərini öz əməllərinə əsasən dəyərləndirəcəyik”.
Dövlət Departamentinin sözçüsü bu müharibənin bitməsini ukraynalılardan çox heç kimin istəmədiyini xatırladıb:
“Rusiya Ukraynada sülhə yeganə əngəl olaraq qalır və Prezident Putin dəfələrlə göstərdi ki, onun gerçək diplomatiyada heç bir əhəmiyyətli niyyəti yoxdur”.
Eyni zamanda, Ned Prays jurnalistin ona ünvanladığı “Türkiyə əslində hansı tərəfdədir?” sualını da cavablandırıb:
“Türkiyə bu işdə konstruktiv oyunçu olub. O, dialoq və dolğun diplomatiya yaratmağa çalışan konstruktiv oyunçu olub. Ayrı-ayrılıqda və Prezident Ərdoğanın son zəngləri, prezident Putin və Ukrayna prezidenti Zelenski ilə müzakirələri nəzərə almasaq, əlbəttə ki, Türkiyənin BMT-nin Baş katibi ilə birlikdə yenilənmənin hərəkətverici qüvvəsi olduğu yay dövrünə qayıda bilərik. Hər şeydən əvvəl, Qara dəniz taxıl təşəbbüsünün yaradılması və nəhayət, bərpası. Türkiyənin oynadığı rol olmasaydı, bu mexanizm yenilənməyə bilərdi və nəticədə bu bir çox hallarda dünyanın ən ehtiyacı olan təbəqələrinə tonlarla taxıl təmin edən mexanizmdir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:10 / 06.01.2023
Ned Prays: “Türkiyə konstruktiv oyunçudur”
Hazırda oxunan: Ned Prays: “Türkiyə konstruktiv oyunçudur”
Hazırda oxunan: Ned Prays: “Türkiyə konstruktiv oyunçudur”
113279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.