Kaliforniyada güclü fırtına 180 minə yaxın evi işıqsız qoydu

Kaliforniyada güclü fırtına 180 minə yaxın evi işıqsız qoydu

Hazırda oxunan: Kaliforniyada güclü fırtına 180 minə yaxın evi işıqsız qoydu

113258

ABŞ-ın Kaliforniya ştatında pis hava şəraiti nəticəsində 180 minə yaxın ev işıqsız qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Saatda 136 km-ə çatan güclü külək San-Fransisko Beynəlxalq Hava Limanında 70-dən çox reysin təxirə salınmasına səbəb olub. Həmçinin bildirilir ki, ştatın bəzi ərazilərində küləyin sürəti hətta saatda 209 km-ə çatıb.

Əlverişsiz hava şəraiti səbəbindən bir uşaq və 19 yaşlı qız dünyasını dəyişib.

Kaliforniya qubernatoru bütün ştatda fövqəladə vəziyyət elan edib ki, bu da sakinlərə daha sürətli yardım göstərməyə imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO