Ukraynadan Avropaya gələn qaçqınların sayı açıqlandı

Ukraynadan Avropaya gələn qaçqınların sayı açıqlandı

Hazırda oxunan: Ukraynadan Avropaya gələn qaçqınların sayı açıqlandı

113125

Fevralın 24-dən hərbi əməliyyatın başlanmasından yanvarın 3-dək Ukraynadan Avropaya ümumilikdə 7 915 287 qaçqın gəlib. 

Bizim.Media “Rbk.ua” saytına istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir. 

Məlumata görə, ən çox ukraynalı qaçqını Rusiya qəbul edib - 2 852 395. Sonrakı yerlərdə Polşa (1 553 707), Almaniya (1 021 667), Çexiya (476 025), İtaliya (173 231), İspaniya (164 705), Böyük Britaniya (152 200), Bolqarıstan(148 451), Fransa (118 994) və Slovakiya (105 205) yer alıb. 
Ümumilikdə, fevralın 24-dən indiyədək Ukraynadan qonşu ölkələrə 17 139 782 nəfər gəlib. Eyni zamanda 9 180 679 nəfər sərhədi əks istiqamətdə keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO