Şimali Koreyada keçmiş xarici işlər naziri və bir neçə diplomat edam edildi

Şimali Koreyada keçmiş xarici işlər naziri və bir neçə diplomat edam edildi

Hazırda oxunan: Şimali Koreyada keçmiş xarici işlər naziri və bir neçə diplomat edam edildi

113098

Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yonq Ho və bir neçə diplomat ötən ilin yayında və ya payızında edam edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri məlumat yayıb.

Məlumata görə, Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyinin işindəki bəzi “problem”lər diplomatların edam edilməsinə səbəb ola bilər.

Edam olunanlar müxtəlif vaxtlarda orada işləyiblər. Li Yonq Ho 2016-2020-ci illərdə Britaniyada səfir vəzifəsində çalışıb.

Həmsöhbətlərdən biri nəşrə bildirib ki, Şimali Koreya hakimiyyəti xaricdəki nümayəndələrinə nəzarəti gücləndirməyə başlayıb. Edam edilən məmurlara yaxın olan bir neçə diplomat eyni aqibəti yaşayacaqlarından qorxur.
Şimali Koreyanın Böyük Britaniyadakı səfiri kimi Li Yonq Ho Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda da ölkəsini təmsil edib. Li Yonq Ho 2020-ci ildə xarici işlər naziri vəzifəsindən azad edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO