23 ildən sonra ilk dəfə Cocuq Mərcanlıda - FOTOLAR

23 ildən sonra ilk dəfə Cocuq Mərcanlıda - FOTOLAR

Hazırda oxunan: 23 ildən sonra ilk dəfə Cocuq Mərcanlıda - FOTOLAR

11302
Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi kəndə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyublar.
 
"Report"un məlumatına görə, Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.
 
22 il əvvəl Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan, lakin azərbaycanlı mülki əhalinin yaxınlaşması mümkün olmayan ("Lələ Təpə" yüksəkliyinin erməni işğalçılarının nəzarəti altında olması səbəbindən) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.
 
Qeyd edək ki, Cocuq Mərcanlı 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.
 
 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO