Rusiyanın Baş naziri üzən evlər düzəltməyi əmr etdi - FOTOLAR

Rusiyanın Baş naziri üzən evlər düzəltməyi əmr etdi - FOTOLAR

Hazırda oxunan: Rusiyanın Baş naziri üzən evlər düzəltməyi əmr etdi - FOTOLAR

11300

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin su anbarlarında üzən evlərin istifadəsinə dair təkliflər hazırlamağı tapşırıb. 

Bizim.Media Ria.Novosti-yə istinadən xəbər verir ki, bu haqda hökumətin saytında məlumat paylaşılıb.

Qeyd olunan təlimata görə, baş nazir Kareliya səfərindən sonra belə bir qərar verib.

Təlimatda deyilir: "Su hövzələrində ev qayıqlarının istifadəsi ehtimalı ilə bağlı Rusiya Federasiyası hökumətinə təkliflər göndərin".

Təkliflər Təbii Sərvətlər Nazirliyi, Tikinti Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rosprirodnadzor və Rosreestr tərəfindən iyunun 1-dək hazırlanmalıdır.

Üzən evlər (House boat) qayıqla müqayisə edilə bilən özühərəkət edən bir evdir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO