Bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi COVİD-19 pandemiyasının ikinci dalğası səbəbindən ənənəvi Milad yarmarkalarını ləğv edib.
Bizim.Media NSN-yə istinadən xəbər verir ki, Fransanın Strasburqdakı ən populyar milli yarmarkalarından biri bu il açılmayacaq. Bununla yanaşı, yeni il ab-havası yaradılacaq və Kleber mərkəzi meydanında Milad ağacı quraşdırılacaq.
Almaniyanın paytaxtında da ənənəvi Milad tədbirlərindən imtina edilməsinə qərar verilib. İrlandiyada virusun yayılmasının qarşısını almaq üçün artıq bir sıra məhdudiyyətlər tətbiq edilib.
Şotlandiyada da Milad tətilində məhdudiyyətlər tətbiq olunacaq. Səhiyyə müşaviri Ceyson Litç koronavirus səbəbilə Milad bayramını onlayn keçirməyi tövsiyə edib.
Bizim.Media