Binanın “avto park”ında dava – Sakin kapotun üstündə sürükləndi – ANBAAN VİDEO 

Binanın “avto park”ında dava – Sakin kapotun üstündə sürükləndi – ANBAAN VİDEO 

Hazırda oxunan: Binanın “avto park”ında dava – Sakin kapotun üstündə sürükləndi – ANBAAN VİDEO 

112839

Türkiyənin İstanbul şəhərində avtomobil dayanacağına görə yaranan mübahisə polis idarəsində bitib. 

Bizim.Media xəbər verir ki, hadisə İstanbulun Esenyurt səmtində çoxmərtəbəli yaşayış binasının “avto park” ərazisində baş verib.  

Belə ki, Bağlarçeşmə məhəlləsində bina sakini avtomobilini yaşadığı ərazinin dayanacağında saxlayan sürücü ilə mübahisə edib. 

Müzakirə böyüdükdə bina sakini əraziyə polis çağırıb. Bundan xəbər tutan sürücü həmin şəxsi avtomobili ilə vuraraq kapotun üzərində sürükləyib.  

Zərərçəkmiş şəxs çarəsiz halda özünü maşından yerə atıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. 

Daha sonra şikayətçi ifadəsinin alınması üçün polis bölməsinə aparılıb.  

Həmin görüntüləri təqdim edirik: 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO