Fəxri Roma Papası XVI Benedikt vəfat edib

Fəxri Roma Papası XVI Benedikt vəfat edib

Hazırda oxunan: Fəxri Roma Papası XVI Benedikt vəfat edib

112591

Fəxri Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Vatikanın Mətbuat Xidmətinin nümayəndəsi məlumat verib. 

Xatırladaq ki, almaniyalı kardinal, ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq Roma papası seçilib.

2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah edib. 

XVI Benedikt ömrünün son illərini Vatikan ərazisində yerləşən keçmiş monastır binasında fəxri Roma Papası kimi keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO