ABŞ Qara dənizdə güclənməyə çalışır

ABŞ Qara dənizdə güclənməyə çalışır

Hazırda oxunan: ABŞ Qara dənizdə güclənməyə çalışır

1124

Bizim.Media Sputnik.tr-ə istinadən məlumat verir ki, ABŞ Xarici İşlər nazirinin köməkçisi Klark Kuper ABŞ ordusunun Bolqarıstandakı hərbi bazasına səfər edib.

ABŞ-ın Bolqarıstandakı səfirliyindən verilən açıqlamada Klark Kuperin səfər sonrası bazadakı F-16 hərbi təyarələrinin Bolqarıstan ordusuna veriləcəyi qeyd olunub. ABŞ səfirliyi təyyarələrin bolqarıstanlı pilotların təlim və tədrisində istifadə olunacağını da əlavə edib.

Açıqlamada Bolqarıstanın yeni F-16 hərbi təyyarələrinə yiyələnməsi ilə Qara dəniz bölgəsindəki təhlükəsizliyin qorunmasında fəal gücə çevriləcəyi qeyd olunub.

Xatırladaq ki, ABŞ və Bolqarıstan arasında hərbi sahədə əməkdaşlıq artıq 2 ildir davam edir. Bu müddət ərzində 170-ə qədər ortaq layihə həyata keçirilib və 5 min bolqar hərbçi hazırda ABŞ- da hərbi təlimlərdə iştirak edir. Eyni zamanda, ABŞ-ın Bolqarıstandakı müdafiə sənayesinə 50 milyon dollar sərmayə qoyduğu da məlumdur.

Hərbi Hava Qüvvələri əsasən Rusiya istehsalı olan təyyarələrdən təşkil olunan Bolqarıstanın ABŞ-dan 1 milyard avro qarşılığında alınacaq 16 ədəd F-16 qırıcısı ilə hərbi hava qüvvələrinin modernizasiyasını təşkil edəcəyi gözlənilir.

Analitiklərin fikrincə, ABŞ Krım münaqişəsindən sonra Qara dənizdə söz sahibi olmaq üçün sahilyanı ölkələrlə hərbi sahədə əməkdaşlığını artırır. Bu ölkələr içərisində Gürcüstan və Bolqarıstan xüsusi yerə malikdir. Bolqarıstanla hərbi əməkdaşlığın digər tərəfdən Türkiyə üçün də mesaj xarakterli olduğu ehtimal olunur.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO