Trampın impiçmenti üzrə razılığa gəldilər

Trampın impiçmenti üzrə razılığa gəldilər

Hazırda oxunan: Trampın impiçmenti üzrə razılığa gəldilər

11237

ABŞ Konqresi Senatındakı demokrat çoxluğun və respublikaçı azlığın liderləri - Çak Şumer (Nyu-York ştatından) və Mitç Makkonnell (Kentukki ştatından) qanunverici orqanın yuxarı palatasında keçmiş prezident Donald Trampın impiçmenti prosedurunun keçirilməsi formatı üzrə razılığa nail olublar.

Bu barədə Bizim.Media TASS-a istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Trampın daha bir fərmanı ləğv edilib


"Razılaşdığımız forma (impiçment prosedurunun keçirilməsi-red) son dərəcə ədalətlidir", - senatorlar qarşısında çıxış edən Şumer qeyd edib.

Makkonnellin yayılmış yazılı bəyanatında isə vurğulanıb ki, o, "lazımi hüquqi prosedurdan və hər iki tərəfin hüquqlarını qoruyan razılaşmadan məmnundur".

Razılaşma Nümayəndələr Palatasının ittihamçılarına və Trampın vəkillərinə sual və yekun açıqlama vermək üçün bərabər vaxt verəcək.

İmpiçment prosesi çərşənbə axşamı keçmiş prezidentə qarşı məhkəmənin konstitusiyaya uyğunluğunun müzakirəsi ilə başlayacaq.

ABŞ Senatının keçmiş prezidentin impiçmenti işi üzrə iclası bu gün - fevralın 9-da keçiriləcək.

Tramp yanvarın 6-da Vaşinqtonda baş verən qarışıqlıqlara təhrikçilikdə ittiham edilir. ABŞ-ın keçmiş lideri Senatda impiçment üzrə prosesdə çıxış etmək niyyətində deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO