Litva Rusiya və Belarusun 85 milyon avrodan çox aktivlərini dondurub

Litva Rusiya və Belarusun 85 milyon avrodan çox aktivlərini dondurub

Hazırda oxunan: Litva Rusiya və Belarusun 85 milyon avrodan çox aktivlərini dondurub

112198

Ukraynadakı müharibəyə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını həyata keçirən Litvanın Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti dondurulmuş Rusiya və Belarus aktivlərinin ümumi məbləğini açıqlayıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu gün Litvanın daxili işlər naziri Aqne Bilotayte Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinin rəhbərliyi ilə görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, Rusiyaya qarşı sanksiyaların tətbiqi müzakirə edilib. 
Məlumata görə, dondurulmuş vəsaitin ümumi məbləği 85 milyon avrodan çoxdur.Belə ki, Rusiyadan 9 hüquqi şəxs 77 milyon avro, Belarusdan 6 hüquqi və 1 fiziki şəxsin isə 9 milyon avro vəsaiti dondurulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO