Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ 

Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ 

Hazırda oxunan: Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələr KEÇİRİLDİ 

112012

Rabat şəhərində Azərbaycan ilə Mərakeş Krallığı arasında siyasi məsləhətləşmələr keçirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Mərakeş tərəfindən Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru, səfir Abdulkader Əl-Ansari rəhbərlik edib. 

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 
Bununla yanaşı, nazir müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeşə səfəri çərçivəsində Mərakeş Krallağının xarici işlər, Afrika əməkdaşlığı, xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita ilə keçirilmiş görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Mərakeş tərəfinə 2023-cü ilin mart ayında Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı təmas qrupunun Zirvə görüşü barədə məlumat verilib. 

Səfər çərçivəsində, Azərbaycan nümayəndə heyəti həmçinin bir sıra təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO