Stoltenberqdən Türkiyəyə MESAJ: “İsveç və Finlandiya gələn il NATO-ya qoşulacaq”

Stoltenberqdən Türkiyəyə MESAJ: “İsveç və Finlandiya gələn il NATO-ya qoşulacaq”

Hazırda oxunan: Stoltenberqdən Türkiyəyə MESAJ: “İsveç və Finlandiya gələn il NATO-ya qoşulacaq”

111851

İsveç və Finlandiyanın Alyansa qoşulmaq üçün müraciətlərinin ratifikasiyası vaxtında tamamlanacaq.

Bizim.Media xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibəsində səsləndirib.

Baş katibin sözlərinə görə, İsveç və Finlandiyanın 2023-cü ildə NATO-ya daxil olmasını gözləyir. Amma o, prosedurun başa çatması üçün konkret tarix deyə bilməyib.

Beləliklə, Stoltenberq açıq şəkildə bildirib ki, Türkiyə uzun müddət bu ölkələrin NATO-ya daxil olmasına mane olmayacaq.

İstanbul bu prosesi yaz aylarında əngəlləyib. Belə ki, İsveç və Finlandiya o vaxt Alyansa qoşulmaq niyyətlərini açıqlamışdı. Türkiyə isə bu ölkələri terror təşkilatları siyahısında olan Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstək verməkdə ittiham etmişdi.
Xatırladaq ki, İsveçin yeni hökuməti NATO-ya üzvlüklə bağlı Türkiyədən razılıq almaq üçün kürd yaraqlılarına yardım etməyəcək.

Bundan əlavə, İsveçin yeni baş naziri Türkiyəyə səfəri zamanı cinayət və terrorla mübarizədə daha sərt mövqe tutacağına söz verib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vurğulayıb ki, ölkələr Alyansa daxil olmaq üçün bütün şərtləri yerinə yetirməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO