İranda vəzifəli şəxslər ölkədən çıxa bilməyəcək - Qadağa qoyulur

İranda vəzifəli şəxslər ölkədən çıxa bilməyəcək - Qadağa qoyulur

Hazırda oxunan: İranda vəzifəli şəxslər ölkədən çıxa bilməyəcək - Qadağa qoyulur

111724

İran mediası bu gün, dekabrın 26-da ölkə parlamentində bir neçə məsələnin müzakirəyə çıxarılacağı ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yer alıb.

Mənbə yazır ki, gündəlikdə olan əsas mövzu İranda vəzifəli şəxslərin və bundan öncə səlahiyyət sahiblərinin ölkədən çıxışına qadağa qoyulması barədə layihənin müzakirəsidir.

Qeyd edək ki, son vaxtlar ölkədə etiraz aksiyalarının davam etməsi ilə eyni vaxtda hökumət məmurlarının və ya bundan öncə vəzifədə olan şəxslərin ailə üzvlərini xaricə göndərmələri ilə bağlı məlumatlar yayılmaqdadır.
Xatırladaq ki, İran rəsmilərinin ailələrinin ölkədən qaçması və onların bəzilərinin Londona yerləşməsi barədə məlumatlar mətbuata sızıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO