Litva Ukraynaya gələn il 300 milyon avroluq yardım AYIRDI - Lakin... 

Litva Ukraynaya gələn il 300 milyon avroluq yardım AYIRDI - Lakin... 

Hazırda oxunan: Litva Ukraynaya gələn il 300 milyon avroluq yardım AYIRDI - Lakin... 

111491

“Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Litvanın Kiyevə verdiyi silah və hərbi texnikanın tədarükü ilə bağlı yardım 2023-cü ildə maliyyə baxımından 300 milyon avronu keçəcək”.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas ELTA agentliyinə müsahibəsində bildirib.

“2023-cü ildə Ukraynaya 40 milyon avro məbləğində hərbi yardım planlaşdırılıb. Münaqişə başlayandan bəri biz Ukraynaya 283 milyon avro məbləğində hərbi yardım göstərmişik. Beləliklə, ümumilikdə yardım 300 milyon avronu keçəcək”, - deyə o bildirib.

Nazir tədarüklərin mənşəyi barədə açılama verməyib: “Bunun təfərrüatını açıqlamaq hələ tezdir, lakin bunlar daha əvvəl etdiyimiz tədarükün təxminən eynisi olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO