Əfqanıstanda ETİRAZLAR başlayır – Qadınların təhsildən uzaqlaşdırılması qəbul edilmir

Əfqanıstanda ETİRAZLAR başlayır – Qadınların təhsildən uzaqlaşdırılması qəbul edilmir

Hazırda oxunan: Əfqanıstanda ETİRAZLAR başlayır – Qadınların təhsildən uzaqlaşdırılması qəbul edilmir

111151

Əfqanıstanın paytaxtı Kabildə qadınların universitetlərə getməsi qadağasına etiraz edən 5 qadın həbs edilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, qərara etiraz edən üç jurnalist də polis bölməsinə aparılıb. 

Qeyd edək ki, Əfqanıstan Ali Təhsil Nazirliyi qız tələbələrin universitetə getməsinə qadağa qoyub. Belə ki, qərardan əvvəl universitetlərdəki qız tələbələr oğlanlardan ayrı oturmaq və müəyyən geyim qaydalarına əməl etmək şərti ilə dərslərə qatıla bilərdilər. Həmçinin, Əfqanıstanda qızların orta məktəbdə təhsil alması da məhdudlaşdırılıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO