Kəmaləddin Heydərov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə Görüşdü - FOTO 

Kəmaləddin Heydərov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə Görüşdü - FOTO 

Hazırda oxunan: Kəmaləddin Heydərov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə Görüşdü - FOTO 

111111

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ankara şəhərində qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, görüş əvvəlcə təkbətək, sonra geniş tərkibdə keçirilib. 

Görüşdə iki ölkə arasında uğurla davam edən strateji müttəfiqlik münasibətlərindən məmnunluq ifadə edilib, bu münasibətlər çərçivəsində iki nazirlik arasında tikintidə təhlükəsizlik məsələləri üzrə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb.
Həmçinin, görüşdə iki qurum arasında tikintidə qiymətqoyma və nəzarət, tikintinin keyfiyyət və təhlükəsizliyinin artırılması və digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO