ABŞ-ın Ermənistandakı səfiri Rusiyaya göndərilir – SENAT TƏSDİQ ETDİ

ABŞ-ın Ermənistandakı səfiri Rusiyaya göndərilir – SENAT TƏSDİQ ETDİ

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı səfiri Rusiyaya göndərilir – SENAT TƏSDİQ ETDİ

111014

Çərşənbə günü Senat böyük səs çoxluğu ilə ABŞ-ın Rusiyadakı yeni səfirinin namizədliyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “washingtonpost.com” nəşri yayıb.

Mənbə yazır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona tarixi səfərə gəlməsinə bir neçə saat qalmış senatorlar təcrübəli diplomat Linn M. Treysini Rusiyaya yeni səfir kimi təsdiqləyiblər. Onun leyhinə 93 senator səs verib.
Bəziləri bunu Rusiya prezidenti Vladimir Putinin işğalından əziyyət çəkən Ukraynaya ABŞ-ın sadiqliyinin siqnalı kimi qiymətləndirib.

Senator Çak Şumer Nümayəndələr Palatasında deyib ki, çərşənbə günü Ukraynaya 45 milyard dollarlıq yeni hərbi yardım paketinin qəbul edilməsi və ABŞ-ın Rusiyaya yeni səfirinin təyin edilməsi amerikalıların Ukrayna xalqının “qeyri-şərtsiz” arxasında olduğunu göstərir.

Şumer bildirib ki, əvvəllər Ermənistanda səfir vəzifəsində çalışan Treysi “Putinə qarşı çıxmaq tapşırığı alacaq”. Treysinin əleyhinə cəmi iki səs administrasiyanın Ukraynaya dəstəyinə şübhə ilə yanaşan Respublikaçılar partiyasının senatorları Mayk Li və Rand Poldan gəlib.

Rus dilini bilən Treysi əvvəllər Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Rusiya üzrə baş məsləhətçi və ABŞ-ın Moskvadakı səfirliyində missiya rəhbərinin müavini vəzifələrində çalışıb.
O, həmçinin Mərkəzi və Cənubi Asiyada bir sıra vəzifələrdə işləyib.

ABŞ-ın Moskvadakı əvvəlki səfiri Con Sullivan sentyabrın əvvəlində Rusiyanı tərk edib. ABŞ-a qayıtdıqdan bir gün sonra onun həyat yoldaşı vəfat edib.

Treysi diplomatik dairələrdə hörmətlə qarşılanır və 2009-cu ildə Dövlət Departamentinin qəhrəmanlıq mükafatını o zamankı dövlət katibi Hillari Klintondan alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO