Mask MÜFLİSLƏŞİR – 147,7 milyard dollarlıq sərvəti qaldı

Mask MÜFLİSLƏŞİR – 147,7 milyard dollarlıq sərvəti qaldı

Hazırda oxunan: Mask MÜFLİSLƏŞİR – 147,7 milyard dollarlıq sərvəti qaldı

110946

“Tesla” və “Twitter”in sahibi İlon Maskın sərvəti şirkətin səhmlərinin ucuzlaşmasından sonra 147,7 milyard dollara düşüb.  

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

Məlumata görə, milyarderin ümumi sərvəti son iki ilin ən aşağı səviyyəsinə düşüb.  

Nəşr qeyd edir ki, İlon Maskın sərvəti lüks seqment maqnatı Bernard Arnaultun xeyrinə dünyanın ən varlı adamı mövqeyini itirdikdən sonra bir həftə ərzində azalmağa başlayıb. Belə ki, Maskın il ərzində itkisi indi 122,6 milyard dollar təşkil edir ki, bu da onun sərvətinin tarixin ən böyük həddinə yüksəldiyi 2021-ci ildə qazandığından çoxdur.  
Bloomberg Milyarderlər İndeksinə görə, “Tesla”nın baş direktoru hazırda 147,7 milyard dollar sərvətə malikdir ki, bu da son iki ildə ən aşağı göstəricidir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO