Messinin şəkli Argentina əskinaslarında yer ala bilər - FOTO

Messinin şəkli Argentina əskinaslarında yer ala bilər - FOTO

Hazırda oxunan: Messinin şəkli Argentina əskinaslarında yer ala bilər - FOTO

110923

Argentina millisinin hücumçusu Lionel Messinin şəkli DÇ-2022-nin qalibi olmalarından sonra Argentina əskinaslarında yerləşdirilə bilər.  

Bizim.Media xəbər verir ki, bu barədə El Financiero məlumat yayıb.  

Bildirilib ki, Argentina Milli Bankının rəsmiləri Argentina yığmasının Qətərdə keçirilən dünya çempionatında qazandığı tarixi nailiyyəti xatırlamaq yollarını nəzərdən keçirir. 

Ehtimal edilir ki, Messinin şəkli min peso əskinasın üzərində çap olunacaq. Bu, əskinasın nominalının Argentina millisinin kapitanının oyun nömrəsi olan “10” ilə başlaması ilə bağlıdır. Arxa tərəfdə milli komandanın baş məşqçisi Lionel Skaloninin ləqəbi olan “La Scaloneta” yazısı yerləşdirilə bilər. 
Qeyd edək ki,Lionel Messi Qətərdə keçirilən turnirdə 7 oyunda 7 qol vurub və 3 qolun ötürməsini verib. O, turnirin ən yaxşı oyunçusu seçilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO