Rusiya zədələnən kosmik gəmisinin ekipajını TƏXLİYƏ ETMƏK istəyir 

Rusiya zədələnən kosmik gəmisinin ekipajını TƏXLİYƏ ETMƏK istəyir 

Hazırda oxunan: Rusiya zədələnən kosmik gəmisinin ekipajını TƏXLİYƏ ETMƏK istəyir 

110737

Rusiya “Soyuz MS-22” kosmik gəmisindəki zədələr aradan qaldırılmasa, kosmonavtlarının gəmidən təxliyə edilməsini ehtiyat variant kimi nəzərdən keçirir. 

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "Roskosmos" Dövlət korporasiyasının rəhbəri Yuri Borisov bildirib. 

Borisov qeyd edib ki, mütəxəssislər uçuşun təhlükəsiz və müntəzəm başa çatması üçün mümkün olan hər şeyi edirlər, lakin “Soyuz MS-23” fevralın 19-da uçuşa hazır ola bilər. 
“Vəziyyət başqa ssenari üzrə getsə, əlbəttə ki, bizim ehtiyat variantımız var: "Soyuz MS-23” kosmik gəmisi hazırlanacaq, pilotsuz rejimdə stansiyaya bağlanacaq və ekipajı geri qaytaracaq”, deyə Borisov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO