Türkiyə hava hücumundan müdafiə sistemləri İSTEHSAL EDƏCƏK  

Türkiyə hava hücumundan müdafiə sistemləri İSTEHSAL EDƏCƏK  

Hazırda oxunan: Türkiyə hava hücumundan müdafiə sistemləri İSTEHSAL EDƏCƏK  

110707

Türkiyə hava hücumundan müdafiə (HHM) sistemlərinin istehsalına başlamağı planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə “TRT” telekanalı məlumat yayıb. 

Məlumata görə, yeni növ "Siper", "Hisar", "Sunqur" sistemlərinin və bəzi növ silah-sursatların istehsalına başlanılması barədə qərar hərbi sənaye kompleksinin icraiyyə komitəsinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul edilib. 

Bildirilib ki, hökumət müdafiə sənayesi üzrə 25 layihə barədə qərar qəbul edib.  

Qeyd edək ki, daha əvvəl Türkiyədə MIDLAS şaquli raket buraxılış sistemi Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün sınaqdan keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO