2023-cü ildə Rusiyada pişiklərə qarşı mübarizəyə başlanılacaq

2023-cü ildə Rusiyada pişiklərə qarşı mübarizəyə başlanılacaq

Hazırda oxunan: 2023-cü ildə Rusiyada pişiklərə qarşı mübarizəyə başlanılacaq

11020

Rusiyada pişik allergiyasına qarşı peyvəndləməyə başlanıla bilər.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkədə 2023-cü ildə pişiklərə qarşı allergiyası olanlara yeni istehsal olunan peyvənd tətbiq oluna bilər.

Bu barədə Vyana Tibb Universitetinin professoru, patofizoloji və allergiya araşdırmaları şöbəsinin immunopatologiya şöbəsinin müdiri, Rudolf Valenta bildirib.

Onun sözlərinə görə, Seçenov Universitetinin komandası ilə birlikdə hazırladıqları peyvənd Hepatit B-yə qarşı da təsirlidir. Sözügedən peyvəndin 2021-ci ildə klinik sınaqlardan keçirilməsi planlaşdırılır.

Professorun bildirdiyinə görə 2023-cü ildə tətbiqinə başlanılacaq peyvənd əhali üçün əlçatan olacaq. 

Çünki Rusiyada dərmanların qeydiyyatı daha sürətli baş verir. O, peyvəndin təhlükəsiz olacağına əminliyini də ifadə edib.

“Peyvənd olunmaq istəyənlər immunitet reaksiyasını inkişaf etdirmələri üçün 5 iynə vurmalıdır. Daha sonra 6 ayda bir peyvənd olunmalıdırlar.

Dərmanın uşaqlarda alerjinin qarşısının alınması üçün də istifadə edilməsi planlaşdırılır. Bundan əlavə, bu peyvənd itlərə, dəniz donuzlarına və siçovullara qarşı allergiyası olan xəstələrə də kömək edəcək”.

Professor onu da əlavə edib ki, sınaqlar uğurlu olarsa, Rusiya "pişik allergiyası olmayan ilk ölkə" olacaq.
 
Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO