Niderlandın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi həcmi açıqlanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Kaysa Ollonqren parlamentə ünvanladığı məktubda yazıb.
Niderlandlı nazir məktubda bildirib ki, Ukraynaya olunan hərbi yardımın ümumi həcmi təqribən 1 milyard avroya çatıb.
O, qeyd edib ki, Ukraynaya çatdırılan hərbi məhsulların alış qiyməti nəzərə alınmaqla göstərilən hərbi yardımın ümumi məbləği hazırda 987 milyon avro təşkil edir:
“Verilmiş hərbi məhsulların balans dəyəri 404,5 milyon avroya bərabərdir. Lakin oxşar məhsulların alınması hazırda Niderlanda 697 milyon avroya başa gələcək”, - nazir söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:50 / 16.12.2022
Daha bir ölkə Ukraynaya edilən hərbi yardımın həcmini açıqlayıb
Hazırda oxunan: Daha bir ölkə Ukraynaya edilən hərbi yardımın həcmini açıqlayıb
Hazırda oxunan: Daha bir ölkə Ukraynaya edilən hərbi yardımın həcmini açıqlayıb
110079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.