“Rusiyanı müasir dünyadan təcrid etmək mümkün deyil” – Putindən Qərbə MESAJ 

“Rusiyanı müasir dünyadan təcrid etmək mümkün deyil” – Putindən Qərbə MESAJ 

Hazırda oxunan: “Rusiyanı müasir dünyadan təcrid etmək mümkün deyil” – Putindən Qərbə MESAJ 

109829

“Rusiyaya qarşı görünməmiş sanksiya aqressiyasına başlanılıb”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin strateji inkişaf və milli layihələrlə bağlı Şuranın iclasında çıxışı zamanı bildirib. 

Putin qeyd edib ki, sanksiyaların tətbiqində əsas məqsəd ölkə iqtisadiyyatını çökdürməkdir: "Bu sanksiyalar qısa müddətdə iqtisadiyyatımızı mahiyyət etibarı ilə darmadağın etməklə, valyuta ehtiyatlarımızı oğurlamaqla, milli valyutamız olan rublu çökdürmək və dağıdıcı inflyasiyaya səbəb olmaq məqsədi daşıyır”. 

Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir:

“Rusiyanı zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Hazırki cari vəziyyət Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üstündən xətt çəkir.  

Lakin Rusiya özünü təcrid etmək fikrində deyil, onu müasir dünyadan ciddi şəkildə təcrid etmək mümkün deyil”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO