Ərdoğan:

Ərdoğan: "Qarabağın işğalına son verən müharibə TDT-nin son uğurlarındandır"

Hazırda oxunan: Ərdoğan: "Qarabağın işğalına son verən müharibə TDT-nin son uğurlarındandır"

109522

"Qarabağın 30 illik işğalına son verən Vətən müharibəsi Türk Dövlətləri Təşkilatının son uğurlarındandır".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib. 

Onun sözlərinə görə, hədəf regional və beynəlxalq imkanları rifah naminə dəyərləndirməkdir:

"Şimali Kiprin TDT-yə müşahidəçi ölkə kimi üzvlüyü həmrəyliyimizi daha da artırıb". 

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsinə çalışır: "İlk gündən bu istiqamətdə səylərimizi davam etdiririk". 

Qeyd edək ki, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilir. 

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO