“Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Avazada baş tutan görüşündə mühüm qərarlar qəbul edilib".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşündə deyib.
Onun sözlərinə görə, enerji, təbii qaz, nəqliyyat sahələrində atılacaq addımlar çox böyük önəm daşıyır:
“Biz bu gün bunun əsasını qoysaq, gələcəyə doğru mühüm addımlar atmış olacağıq. Türkiyə, Azərbaycan və Türkmənistan Dövlət Başçılarının Zirvə Görüşü tarixə Avaza Zirvəsi olaraq yazılacaq".
Ərdoğan həmçinin bildirib ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması qurumu gücləndirəcək:
"Üç ölkə liderinin görüşü çox böyük addımlar atılacağının göstəricisidir".
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:47 / 14.12.2022
"Türkmənistandakı Zirvə Görüşündə çox mühüm addımlar atılacaq" - Ərdoğan
Hazırda oxunan: "Türkmənistandakı Zirvə Görüşündə çox mühüm addımlar atılacaq" - Ərdoğan
Hazırda oxunan: "Türkmənistandakı Zirvə Görüşündə çox mühüm addımlar atılacaq" - Ərdoğan
109517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.