Əfqanıstanda 2001-ci ildə "Sarsılmaz azadlıq" beynəlxalq əməliyyatının başlama anından narkotik istehsalının tutduğu ərazi 32 dəfə artıb.
Moderator.az “ФÐx90Ðx9d”x9d-a istinadən xəbər verir ki, bu barədə İranın Hüquq mühafizə orqanlarının narkotiklərlə mübarizə polisinin rəis müavini Mürtəza Merzayi deyib. Narkotiklərin qanunsuz dovriyyəsi problemi bu gün Rusiya və İran narkotiklərlə mübarizə qurumlarının nümayəndələri tərəfindən Həştərxanda keçirilən toplantıda müzakirə edilib.
“Hamınızın bildiyi kimi, indi Amerika Əfqanıstanı tabe edib-deyə Merzai xatırladıb. 2001-ci ildə narkotik maddələr istehsal edilən ərazi 7000 hektar olub. 2014-cü ildə bu 224.000 hektar təşkil edib. Bu o deməkdir ki, Əfqanıstanda kimsə buna cavabdehdir, narkotik maddələrin kəmiyyəti artıb”x9d.
İran təmsilçisi əmin olduğunu bildirib ki, qadağan olunmuş maddələrin ticarətindən əldə edilən pullar “İslam Dövləti”x9dnin maliyyələşməsinə gedir. Merzayinin sözlərinə görə, narkotik bazarı terror təşkilatlarının maliyyə mənbələrinin əsasını təşkil edir. Bununla bərabər terrorçular başqa ölkələrdə olan həmfikirlərindən də pullar alırlar. Terrorçuların digər gəlir mənbələri isə neft satışıdır, hansı ki, terrorçular bu nefti Suriya və İraqda olan boru kəmərlərindən oğurlayırlar. Merzayinin söslərinə görə, bu pullar silah alınmasına sərf edilir.






























































































