Ukraynanın dövlət büdcəsinə Almaniyanın Bərpa üçün Kredit Təşkilatından (KfW) 200 milyon avro məbləğində qrant daxil olub.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu vəsait Almaniya hökuməti tərəfindən Ukraynada məcburi köçkünlərin dayanıqlığının qorunması proqramı çərçivəsində verilib. Vəsaitlər dövlət büdcəsinin məcburi köçkünlər üçün yaşayış müavinətlərinin ödənilməsi üzrə ümumi fondun xərclərinin bağlanmasına yönəldiləcək”, - deyə məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, Proqramın məqsədi Ukrayna hökumətinin müharibə başlayandan indiyədək rəsmi sayı xeyli artmış məcburi köçkünlərə lazımi dəstək vermək imkanlarını gücləndirməkdir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:54 / 13.12.2022
Almaniya Ukraynadakı qaçqınlara 200 milyon avro vəsait AYIRDI
Hazırda oxunan: Almaniya Ukraynadakı qaçqınlara 200 milyon avro vəsait AYIRDI
Hazırda oxunan: Almaniya Ukraynadakı qaçqınlara 200 milyon avro vəsait AYIRDI
109432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.