Azərbaycan

Azərbaycan "TRT Dünya Forumu"nda təmsil olunub - FOTO 

Hazırda oxunan: Azərbaycan "TRT Dünya Forumu"nda təmsil olunub - FOTO 

109422

Azərbaycan Türkiyənin İstanbul şəhərində keçirilən "Tənəzzül və staqflyasiya arasında: Dünya iqtisadiyyatı yolayrıcında" mövzusunda "TRT Dünya Forumu"nda təmsil olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə  İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatında bildirilib. 

Məlumata görə, AZPROMO-nun rəhbəri Yusif Abdullayev İstanbulda "TRT Dünya Forumu" çərçivəsində təşkil olunan panel müzakirələrdə iştirak edib. 

Y.Abdullayev qlobal ərzaq, maliyyə və enerji böhranları fonunda Azərbaycan iqtisadiyyatının inkişafını diqqətə çatdırıb, ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verib, birbaşa xarici investisiyaların həcmində müsbət dinamikanın müşahidə olunduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO